» » Azərbaycan BMT-də Rusiyanın qətnaməsini dəstəklədi

Azərbaycan BMT-də Rusiyanın qətnaməsini dəstəklədi

Azərbaycan BMT-də Rusiyanın qətnaməsini dəstəklədi

Sənədə 126 ölkə səs verib.

BMT Baş Assambleyasının Üçüncü Komitəsi neonasizmin, milliyyətçilik, irqçilik və ksenofobiyanın qəhrəmanlaşdırılması ilə mübarizə haqqında Rusiyanın təqdim etdiyi qətnaməni qəbul edib.  

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, BMT-nin üzvü olan 126 ölkə Rusiyanın təqdim etdiyi sənədin lehinə, 4 ölkə: Kanada, Palau, ABŞ və Ukrayna isə əleyhinə səs verib.

Daha 53 ölkə, o cümlədən də Aİ üzvləri səsvermə zamanı bitərəflik nümayiş etdiriblər.

Qeyd edək ki, Azərbaycan sənədin lehinə səs verib.