» » Putin İrana gedir

Putin İrana gedir

Putin İrana gedir

Rusiya prezidenti danışıqlar aparacaq.

Rusiya prezidenti Vladimir Putin Tehranda İran prezidenti Həsən Ruhani və ölkənin dini lideri Əli Xamneyi ilə görüşəcək. 

ucarliyiq.biz Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya dövlət rəhbərinin köməkçisi Yuri Uşakov bildirib.
 
“Tehran səfəri zamanı İranın dini lideri Əli Xamneyi və respublikanın prezidenti Həsən Ruhani ilə danışıqlar aparılacaq”, - Uşakov bildirib.

Onun sözlərinə görə, həmçinin ikitərəfli əməkdaşlıq, iqtisadi-investisya qarşılıqlı fəaliyyəti, nüvə energetikası, neft və qaz hasilatı ilə bağlı aktual məsələr müzakirə olunacaq. 

Daha öncə Putinin noyabrın 23-də qaz ixrac edən ölkələrin forumunda iştirak etmək üçün İrana səfər edəcəyi barədə məlumat yayılmışdı