» » Dünya dövlətləri İŞİD və “Əl-Qaidə”yə qarşı

Dünya dövlətləri İŞİD və “Əl-Qaidə”yə qarşı

Dünya dövlətləri İŞİD və “Əl-Qaidə”yə qarşı

Qətnamə ölkələri xarici yaraqlıların axınının qarşısını almağa çağırır.

BMT-nin Təhlükəsizlik Şurası Fransa tərəfindən hazırlanmış İŞİD və “Əl-Qaidə” terrorçularına qarşı mübarizənin koordinasiyası üzrə qətnaməni təsdiqləyib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Sənəd Təhlükəsizlik Şurasının 15 üzvü tərəfindən dəstəklənib. Qətnamə BMT-nin üzv ölkələrini beynəlxalq hüquqa müvafiq olaraq İŞİD və “Cəbhə ən Nüsrə” qruplaşmalarına qarşı mübarizəni gücləndirmək və koordinasiya etmək imkanı olan ölkələri terror aktlarının qarşısını almaq üçün bütün mümkün tədbirləri həyata keçirməyə çağırır.

Qətnamə “Cəbhə ən Nüsrə” və “Əl Qaidə” ilə əlaqədar olan qruplaşmaları beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təhlükə hesab edir. Sənəd terrorçuların İraq və Suriyanın bəzi hissələrində yaratdıqları “təhlükəsiz vadini aradan götürməyə” çağırır.

Bundan başqa, qətnamə təşkilatın üzv ölkələrini İraq və Suriyaya xarici yaraqlılar axınının və terrorçuların neft, eləcə də qədim əşyaların satışından əldə etdikləri maliyyələşmənin qarşısını almağa çağırır, TASS məlumat yayıb.