» » Paris terrorunda şübhəli bilinən şəxsi Türkiyədə tutdular

Paris terrorunda şübhəli bilinən şəxsi Türkiyədə tutdular

Paris terrorunda şübhəli bilinən şəxsi Türkiyədə tutdular

O, terror aktları üçün hədəflərin seçilməsi ilə məşğul olurdu.

Türkiyə polisi Parisdə törədilən, 130 nəfərin həlak olduğu terror aktlarının təşkilində şübhəli bilinən Mərakeş əsilli belçikalını saxlayıb, Reyter agentliyi Türkiyə KİV-nə istinadən məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, agentliyin məlumatına əsasən, 26 yaşlı Əhməd Dahmani Antalya şəhərinin otelində - Türkiyənin cənubi-qərbində saxlanılıb. Dahmani Parisdə törədilən terror aktları üçün hədəflərin seçilməsi ilə məşğul olmaqda şübhəli bilinir.

Otelin yaxınlığında əməkdaşlar daha iki Suriya vətəndaşını saxlayıblar, polisin onların İŞİD terror qruplaşması tərəfindən Dahmaniyə sərhəddi təhlükəsiz keçməsini təmin etmək üçün göndərildiyindən şübhələnir. Şübhəli bilinən şəxslər Dahmanini qarşılamağı planlayırdılar.