» » ABŞ-da ərəbcə danışan kişiləri təyyarəyə buraxmadılar

ABŞ-da ərəbcə danışan kişiləri təyyarəyə buraxmadılar

ABŞ-da ərəbcə danışan kişiləri təyyarəyə buraxmadılar

Sərnişinlər onlarla bir təyyarədə uçmaqdan qorxublar.

İki nəfər sərnişin ərəb dilində danışdıqlarına görə, Southwest Airlines şirkətinin Çikaqodan Filadelfiyaya uçan təyyarəsinə buraxılmayıblar, Frans Press agentliyi məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, təyyarəyə daxil olma elan edildikdən sonra aviaşirkətin əməkdaşı Maher Xəlil və Anas Ayaduya təyyarəyə daxil olmağa icazə verilmədiyi bildirilib. Səbəb isə onların ərəb dilində danışmaları və sərnişinlərin bu üzdən də onlarla bir təyyarədə uçmaqdan qorxmaları olub.

Xəlil polisə və aeroportun təhlükəsizlik xidmətinə müraciət edib, kişilər dindirildikdən sonra onlara digər təyyarəyə oturmağa icazə verilib. Təyyarənin göyərtəsində sərnişinlər onları kiçik ağ qutunu açmağa məcbur ediblər, qutunun içində şirniyyat olub.  

“Mən paxlavamı hamı ilə bölüşdüm”, - Xəlil danışıb.

Southwest Airlines şirkətinin nümayəndəsi bildirib:

“Əməkdaşlarımız vəziyyəti reysi saxlamadan həll edə bilməzdilər, ona görə də biz sərnişinlər üçün həmin günə, amma bir qədər sonrakı reysə yer bron etdik”.