» » Obama İŞİD-i məhv edəcəyinə söz verdi

Obama İŞİD-i məhv edəcəyinə söz verdi

Obama İŞİD-i məhv edəcəyinə söz verdi

“Biz onları məhv edəcəyik”.

ABŞ prezidenti Barak Obama “İslam Dövləti” terror qruplaşmasını məhv edəcəyinə söz verib, ucarliyiq.biz Reuters-ə istinadən xəbər verir.

“İŞİD-in məhv edilməsi sadəcə hədəfimiz deyil, biz bunu mütləq edəcəyik. Biz onları məhv edəcəyik” - Obama Kuala-Lumpurda ASEAN ölkələrinin liderlərinin görüşündə deyib.

ABŞ prezident həmçinin qeyd edib ki, İŞİD liderlərinə ov təşkil etmək, qruplaşmanın maliyyə kanallarını bağlamaq və yaraqlıların zəbt etdiyi əraziləri azad etmək niyyətindədir.