» » Xanımının ömrünü uzatmaq istəyən kişilərin nəzərinə...

Xanımının ömrünü uzatmaq istəyən kişilərin nəzərinə...

Xanımının ömrünü uzatmaq istəyən kişilərin nəzərinə...

Kişilərin üzr istəməsi xanımının ömrünü uzadır.

Bu qənaətə ABŞ alimləri gəliblər. Belə ki, yaşlı cütlüklərin ailə xoşbəxtliyinin səbəblərini araşdıran alimlərə aydın olub ki, ər arvadından üzr istəyərkən qadının əsəbləri sakitləşir.

Ər-arvad incikliyi stress səviyyəsinə təsir göstərir, arterial təzyiqi, ürək-damar xəstəlikləri riskini artırır. Əgər kişi ömür-gün yoldaşına qarşı diqqətlidirsə, könlünə dəyən kimi dərhal üzr istəyirsə, onun qadınının ömrü uzanır.

Alimlərinin fikrincə, üzr istəməyi, xanımının əsəblərini qorumağı bacaran kişilər onun ömrünü uzatmış olurlar. Alimlər onu da müəyyən ediblər ki, kişinin xanımından təqribən 15 yaş böyük olduğu ailələrdə onun ömrü 20 faiz uzanır, qəfil ölüm riski isə orta hesabla beş dəfə azalır.