» » Yeni Orleanda atışma: 16 nəfər xəstəxanaya yatırılıb

Yeni Orleanda atışma: 16 nəfər xəstəxanaya yatırılıb

Yeni Orleanda atışma: 16 nəfər xəstəxanaya yatırılıb

Meydanda musiqili video çəkilirdi.

Hadisə dünən axşam - bazar günü Bunny Friend parkında baş verib.

ucarliyiq.biz WWLTV telekanalına istinadən xəbər verir ki, musiqili videonun çəkildiyi meydançada 500-ə yaxın adam olub.

Hadisəyə qədər yaxınlıqda 9 Times Second Line Parade nəfəsli alətlər orkestrinin paradı keçirilib.

Şahidlərin sözlərinə görə, iki nəfər silahlı adam peyda olub və kütləyə atəş açmağa başlayıb.

Xəsarət alanlar tibb müəssisəsinə çatdırılıblar. 16 nəfər universitetin tibb mərkəzinə yerləşdirilib.