» » İlham Əliyev Tehrana dəvət edilib

İlham Əliyev Tehrana dəvət edilib

İlham Əliyev Tehrana dəvət edilib

İran paytaxtı Qaz İxracatçı Ölkələrin Forumunu qəbul edəcək.

Noyabrın 23-də İranın paytaxtında doqquz prezident və bir baş nazir Qaz İxracatçı Ölkələrin Forumunun sammitinə toplaşacaqlar.

Onların qaz bazarında qarşılıqlı fəaliyyətin baza modelini müzakirə etmələri planlaşdırılır, ucarliyiq.biz TASS-a istinadən xəbər verir.

Rusiyanın energetika naziri Aleksandr Novakın sözlərinə görə, tərəflər dövlətlər tərəfindən bazarda vəziyyətin gələcək inkişafını nəzərdən keçirəcəklər.

Forumun iştirakçı ölkələri əmindirlər ki, qazın dünya enerji balansında rolu getdikcə artacaq, eləcə də uzunmüddətli müqavilələrin mahiyyətini və “mavi yanacağın” qiymətinin neftin qiyməti ilə bağlılığını təsdiqləyiblər.

Bununla yanaşı, Qaz İxracatçı Ölkələrin Forumunun üzvləri beynəlxalq hüququ pozaraq bir tərəfli sanksiyaların tətbiqindən narahatlıqlarını bildiriblər.

Sammitdə Rusiya və İran prezidentləri Vladimir Putin və Həsən Ruhani, eləcə də Boliviya, Venesuela, İraq, Nigeriya, Ekvatorial Qvineyanın dövlət başçıları və Əlcəzairin baş naziri iştirak edəcək.

Qonaq qismində foruma Azərbaycan və Türkmənistan prezidentləri İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov dəvət edilib.

İranın ŞANA agentliyinin qeyd etdiyinə görə, Qaz İxraçatı Ölkələrin Forumuna daxil olmayan, amma mühüm qaz ehtiyatlarına malik bu dövlətlərin başçılarının iştirakı birliyin üzvlərinin sayı 19-a qədər arta bilər.

Hal-hazırda Qaz İxracatçı Ölkələrin Forumuna 18 ölkə daxildir, onlardan 14-ü daimi üzvlərdir: Rusiya, İran, Qətər, Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, Liviya, Nigeriya, Trinidad və Tobaqo, Venesuela, Peru, Birləşmiş Ərəb Əmirlikləri və Oman.

İraq, Qazaxıstan, Niderland və Norveç müşahidəçi statusuna malikdirlər.