» » Azərbaycanlı xanım Tatarıstanda vəzifə aldı

Azərbaycanlı xanım Tatarıstanda vəzifə aldı

Azərbaycanlı xanım Tatarıstanda vəzifə aldı

O, respublikanın Mədəniyyət nazirinin birinci müavini idi.

Tatarıstan Respublikasının Nazirlər Kabinetinin Baş arxiv idarəsinə yeni rəis təyin edilib. Bu, əslən Azərbaycandan olan İradə Əyubovadır, “Tatar-inform” məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, 2005-ci ildən idarəyə rəhbərlik edən Danil İbrahimov təqaüdə çıxıb.

İradə Əyubova 1971-ci ildə iyulun 13-də Bakıda dünyaya gəlib. Azərbaycan Dövlət Neft Akademiyasını “Riyaziyyatçı-mühəndis” ixtisası üzrə (1993) bitirib, daha sonra isə Tatarıstanın Biznesin Təşviqi İnstitutunun “Hüquq” fakültəsini (2002) bitirib.

İradə Əyubova Tatarıstanda müxtəlif vəzifələrdə çalışıb. 2011-ci ilin iyun ayından Tatarıstan respublikasının Mədəniyyət nazirinin birinci müavini olub.