» » Türkiyə Suriya türkmənlərinə zərbələri müzakirə etməyə çağırdı

Türkiyə Suriya türkmənlərinə zərbələri müzakirə etməyə çağırdı

Türkiyə Suriya türkmənlərinə zərbələri müzakirə etməyə çağırdı

BMT-nin Təhlükəsizlik Şurasında.

Reuters agentliyinin Türkiyə hökumətində olan mənbəsinin məlumatına əsasən, Türkiyə hakimiyyəti BMT-nin Təhlükəsizlik Şurasını suriyalı türkmənlərin yaşayış məntəqələrinə endirilən aviazərbələrlə əlaqəli təcili iclasın keçirilməsinə çağırıblar.  

ucarliyiq.biz RBK-ya istinadən xəbər verir ki, Türkiyə müvafiq məktubu Təhlükəsizlik Şurasının hal-hazırkı sədri olan Böyük Britaniyaya yollayıb.

Bundan başqa, Ankara suriyalı türkmənlərin bombardman edilməsinə dair Vaşinqton və Moskva ilə də danışıqlar aparır.

Eləcə də baş nazir Əhməd Davudoğlunun bu məsələ üzrə silahlı qüvvələrin rəhbəri və milli kəşfiyyat idarəsinin rəhbəri ilə müzakirələr apardığı barədə məlumat yayılıb. Bundan başqa, Türkiyənin XİN rəhbəri Feridun Sinirlioğlu ABŞ dövlət katibi Con Kerri ilə telefon danışığı aparıb. 

Daha öncə, noyabrın 20-də Rusiya səfiri Suriyanın şimalında türkmənlərin yaşadığı ərazilərin intensiv bombardman edilməsinə etiraz bildirmək üçün Türkiyə XİN-ə çağırılmışdı.

Türkiyə XİN Suriyada türkmənlərin yaşadığı ərazilərin bombardman edilməsinin ciddi nəticələri olacağına dair xəbərdarlıq edib və əməliyyatın dərhal dayandırılmasına çağırıb.