» » Azərbaycan süvariləri II Yelizavetanın yubileyində

Azərbaycan süvariləri II Yelizavetanın yubileyində

Azərbaycan süvariləri II Yelizavetanın yubileyində

Yığılan vəsait xeyriyyə məqsədi ilə istifadə ediləcək.

Kraliça II Yelizavetanın 90 illik yubileyinə həsr edilmiş əsas tədbirlərə biletlərin satışı Böyük Britaniyada çərşənbə günü başlayacaq. Tədbirlər 2016-cı ilin may ayının 12-15 tarixlərində Vindzor qəsrinin Houm parkında olacaq, TASS məlumat yayıb.  

ucarliyiq.biz xəbər verir ki, dörd gün ərzində tamaşaçılar səhnələşdirilmiş tamaşanın şahidi olacaqlar. Bu səhnələrə 1,5 musiqiçi, rəqqas, müğənni, məşhur aktyor və digər incəsənət xadimləri, eləcə də 900 at cəlb edilib.

Bayramda bir çox ölkələrin, o cümlədən Kanada, Avstraliya, Oman, Fici və digər ölkələrin hərbi orkestrləri iştirak edəcək. Tamaşaçılar qarşısında həmçinin Azərbaycan süvariləri də çıxış edəcəklər.

Bayramın ilk üç günü kral ailəsinin üzvlərinin iştirakı ilə keçiriləcək. Yelizaveta özü bayramlarda yalnız son olan dördüncü gün iştirak edəcək.

Biletlərin qiyməti ilk üç gün üçün 55 funt sterlinqdən 165 funt sterlinqə qədərdir (83-250 dollar arası, mayın 15-də, kraliçanın bayrama gələcəyi gün bazar günü üçün isə 75-195 funt sterlinq arası (113-295 dollar arası) olacaq.

Kral ailəsi qeyd edib ki, bütün toplanan vəsait xeyriyyə məqsədi ilə istifadə ediləcək.