» » Azərbaycanlı milyoner Rusiyada saxlanıldı

Azərbaycanlı milyoner Rusiyada saxlanıldı

Azərbaycanlı milyoner Rusiyada saxlanıldı

O, rüşvət verməkdə ittiham edilir.

Tanınmış moskvalı sahibkar Roman Manaşirovu paytaxt polis idarəsinin müstəntiqlərinə rüşvət verməkdə şübhəli bilirlər, LİFENEWS məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, istintaqın məlumatına görə, o, dostu və biznes tərəfdaşı, cinayətkar qruplaşma təşkil etməkdə ittiham edilən Jan Rafailovun cinayət təqibinin dayandırılması üçün iki milyon rubl verməyə hazırlaşırdı.

Rüşvətin məbləğini Manaşirov dəfələrlə polkovnik Viktor Rubaşkin və podpolkovnik Vladimir Andriyevski ilə müzakirə edib.

İki milyon rublun müqabilində polis əməkdaşları Jan Rafailova dair hələ 2013-cü ildə “cinayət qruplaşmasının təşkili” maddəsi ilə qaldırılmış cinayət işinin dayandırılmasını vəd ediblər. Həmin vaxt onun şirkətində “İzvestiya” nəşriyyatının binasının ərazisində onlarla qanunsuz mühacir aşkar edilmişdi.  

Müstəntiq və biznesmen Manaşirovun saxlanılması Moskva üzrə DİN-in istintaq idarəsi yaxınlığında Manaşirov rüşvət verdiyi zaman baş verib. Dindirilmə zamanı podpolkovnik Andriyevski Moskva istintaq komitəsinin binasından qaçmağa müvəffəq olub, onun harda olduğu hələ də məlum deyil. İkinci şübhəli Viktor Rubaşkin hal-hazırda istintaq təcridxanasındadır, məhkəmə onu iki ay müddətinə həbs edib.

Üçüncü fiqurant – Roman Manaşirovun taleyi yaxın günlərdə həll ediləcək. İstintaq komitəsinin müstəntiqləri onun həbsi barədə iddia irəli sürmək niyyətindədirlər. Ona qarşı cinayət işi açılıb və mənzilində axtarış aparılıb.

Əlavə edək ki, Romanın sənədlər üzrə əsl adı Genadi Xiyayeviç Manaşirovdur, o, doğma qardaşı Solomon ilə Moskvada bir çox ticarət mərkəzlərinə və inşaat biznesinə sahibdirlər.

“Prajski” TM, “Armada” mebel mərkəzi, “Kolombus” TM, QEM ticarət-sərgi mərkəzi və s. Manaşirovlar ailəsinə məxsusdur.

Manaşirov Roman Xiyaeviç 10 may 1969-cu ildə Bakıda, dağ yəhudiləri ailəsində anadan olub.

Uşaqlığı və yeniyetmə yaşlarının böyük hissəsini Azərbaycanın Quba rayonunun Qırmızı qəsəbə kəndində keçirib. 1986-cı ildə məktəbi bitirən Roman Xiyaeviç hüquq təhsili almaq üçün Moskvaya yollanıb.