» » Hicabla bağlı yeni qərar - Foto

Hicabla bağlı yeni qərar - Foto

Hicabla bağlı yeni qərar - Foto

Latviyada qaçqınların inteqrasiyası üzrə qrup qadınlara qeyri-adi hicab qadağası qoyub. Bu ölkədə müsəlman qadınlar yalnız milli naxışlarla bəzədilmiş hicab geyinə bilərlər.
Ucarliyiq.biz xəbər verir ki, Latviyanın Avropa məsələləri üzrə parlament komissiyasının katibi Aleksandr Krişteyns Twitter səhifəsində bu barədə yazı paylaşıb.
Hicabla bağlı yeni qərar - Foto

Aleksandr Krişteynsin Twitterdəki yazısı
Dövlət başçısı Raymond Veyonis hələ avqustun 11-də hicab haqqında müzakirələr aparmağı təklif etmişdi. Onun fikrincə, bu müzakirələri ölkədə müsəlman cəmiyyət formalaşana qədər başlamaq lazımdır.
Latviya və digər Baltikyanı ölkələrə Afrika və Yaxın Şərqdən qaçqınların kütləvi axını və bunun nəticələri haqqında müzakirələr may ayından başlayıb. Lakin müharibələrin qurbanı olmuş və səfalətlə qarşılaşmış insanların Aralıq dənizindən keçərək axını zamanı Baltikyanı ölkələrin onların yalnız bir qismini qəbul edəcəyi haqqında məlumatlar yayılmışdı. Bildirilmişdi ki, bu ölkələrin hər biri yalnız bir neçə yüz qaçqın qəbul edəcək.
Bununla belə, Latviya, Litva və Estoniya əhalisinin bir qismi bunun əleyhinədir. Onlar immiqrantlar gələrsə, ölkələrində cinayətkarlığın, dini ekstremizmin və mədəniyyət fərqinə görə baş verən münaqişələrin, toqquşmaların artacağını düşünürlər.
Hicabla bağlı yeni qərar - Foto

Latviya əhalisi qaçqınların ölkəyə buraxılmasına etiraz edirlər.

Mənbə: Ans</span