» » Ukrayna da Rusiya təyyarələrini vurmaqla hədələdi

Ukrayna da Rusiya təyyarələrini vurmaqla hədələdi

Ukrayna da Rusiya təyyarələrini vurmaqla hədələdi

“Türkiyə hərbçiləri öz borclarını yerinə yetiriblər”.

Ukraynanın hava məkanı pozulduğu halda ölkənin Hərbi hava qüvvələri bu gün Suriya ilə sərhəddə Rusiyanın Su-24 təyyarəsini məhv edən Türkiyə kimi hərəkət edəcək.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Ukraynanın Milli təhlükəsizlik və müdafiə şurasının katibi Aleksandr Turçinov bəyan edib, nazirliyin mətbuat xidməti məlumat yayıb.

“Türkiyənin HHQ və HƏM (Hava əleyhinə müdafiə) qüvvələri peşəkarcasına hərəkət ediblər, digər dövlətin hərbi təyyarələri tərəfindən hava məkanının sərhədləri pozulan istənilən sivil ölkənin müvafiq bölmələrinin davranmalı olduqları kimi davranıblar”, - məlumatda deyilib.

Turçinovun sözlərinə görə, Türkiyə hərbçiləri hava məkanını və öz vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün öz borclarını yerinə yetiriblər.

“Ukrayna hərbçiləri havadan təcavüzə qarşı ölkəni müdafiə edərkən analoji hərəkət etməlidirlər”, - Turçinov bildirib.

Daha öncə Türkiyə qırıcısı F-16-nın ölkənin hava məkanını pozan naməlum hərbi təyyarəni 10 xəbərdarlıqdan sonra məhv etdikləri barədə məlumat yayılmışdı. Pilotlar katapult etməyi çatdırmışdılar və yerli KİV-in məlumatlarına görə, onlar suriyalı türkmənlər tərəfindən tutulublar. Daha sonra həlak olan pilotun şəkli və videosu yayılmışdı.

Rusiya Federasiyasının Müdafiə Nazirliyində Türkiyənin Suriya ilə sərhəddində vurulan təyyarənin Rusiyanın yaxın Şərqdə təcavüzkar-dövlətin hərbi əməliyyatlarını yerinə yetirən aviaqrupa daxil olduğu barədə məlumat verilib. Kremldə hadisəni şərh edə bilməyiblər.