» » Conni Depp qızının biseksuallığından danışdı

Conni Depp qızının biseksuallığından danışdı

Conni Depp qızının biseksuallığından danışdı

“Mən qızımla olan münasibətimlə fəxr edirəm”.

Hollivud aktyoru Conni Depp 16 yaşlı qızı Lili-Rouzun biseksual olduğunu təsdiqləyib. O, bu barədə Daily Mail-ə verdiyi müsahibəsində danışıb.

ucarliyiq.biz “Lenta”ya istinadən xəbər verir ki, aktyor bu barədə çoxdan, onun LGBT-yə daxil olmasından öncə bildiyini qeyd edib.

“Onun sosial şəbəkələrdəki abunəçiləri təəccübləndilər, amma mən yox, çünki o mənə hər şeyi danışırdı. Mən qızımla olan münasibətimlə fəxr edirəm və onun gələcəyi üçün narahat da olsam ona tamamən inanıram”, - Depp izah edib.

Lili-Rouz LGBT-yə 2015-ci ilin avqustunda qoşulub, o, Self-Evident Truths foto-layihəsində çəkilmək qərarına gəlib. O, özünü 100 faiz geteroseksual hesab etməyən 10 minlərlə fotosessiya qəhrəmanlarından biri olub.

Buna baxmayaraq Deppin qızı əvvəllər biseksual olması barədə danışmayıb, bu isə internetdə çoxsaylı müzakirələrə səbəb olub.

Lili-Rouz rəsmi olaraq cəmiyyət qarşısına 2015-ci ilin aprelində çıxıb. O, Chaneli-in təqdimatına anası Vanessa Paradi ilə gəlmişdi. O zaman KİV-də Lili-Rouzun atasının yolu ilə getdiyi və aktrisa olmaq istədiyi yazılmışdı.