» » Moskva Türkiyə ilə aviaəlaqənin kəsilməsini tələb edir

Moskva Türkiyə ilə aviaəlaqənin kəsilməsini tələb edir

Moskva Türkiyə ilə aviaəlaqənin kəsilməsini tələb edir

“Türkiyə hakimiyyəti İŞİD-ə neqativ yanaşmır”.

Rusiyanın Dövlət Dumasının vitse-spikeri, “Ədalətli Rusiya” fraksiyasının deputatı Nikolay Leviçev Türkiyə ilə hava əlaqəsinin kəsilməsini təklif edib.

ucarliyiq.biz Rusiya KİV-nə istinadən xəbər verir ki, N.Leviçev “Rosaviasiya”nın rəhbəri Aleksandr Neredkoya terror təhlükəsinin artması ilə əlaqədar Rusiya və Türkiyə arasında aviaəlaqənin kəsilməsinə çağırdığı müraciət yollayıb.

“Türkiyənin aeroportlarında terror əleyhinə kompleks tədbirlərin tətbiq edilmədiyi müddətdə bu ölkə ilə hava əlaqələrinin kəsilməsi imkanını nəzərdən keçirmənizi xahiş edirəm”, - məlumatda deyilir.

Rusiyalı deputat bəyan edib:

“Türkiyənin müxtəlif aeroportlarından Rusiyanın müxtəlif şəhərlərinə reyslər həyata keçirilir. Türkiyə hakimiyyəti İŞİD-ə neqativ yanaşmadığı üçün bu təşkilatın yaraqlılarının Türkiyə ərazisinə keçmələri mümkündür. Bu isə Rusiya təyyarələri üçün terror təhlükəsini yüksəldir”.