» » Lavrov Türkiyə səfərindən imtina etdi

Lavrov Türkiyə səfərindən imtina etdi

Lavrov Türkiyə səfərindən imtina etdi

“Rusiya XİN vətəndaşlarına bu ölkəyə getməməyi tövsiyə edir”.

Rusiyanın xarici işlər naziri Türkiyəyə planlaşdırılmış səfərindən imtina edib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə məlumatı nazir Sergey Lavrov özü bildirib.

O, səfərdən imtinanın səbəbi kimi Türkiyədə terror təhlükəsinin yüksək olduğunu qeyd edib:

“Bizim hesablamalarımıza görə, Türkiyə ərazisində terror təzahürlərinin ümumi kütləsi Misirdən az deyil. Bununla əlaqədar olaraq, əlbəttə ki, vətəndaşlarımıza turizm yaxud hansısa başqa bir məqsədlə hazırkı mərhələdə Türkiyə Cümhuriyyətinə səfər etməməyi məsləhət görürük”.

Qeyd edək ki, noyabrın 25-də Lavrovun İstanbulda Türkiyə-Rusiya Əməkdaşlıq şurasının V iclasında iştirakı gözlənilirdi.