» » Rusiya MN: Türkiyənin hərəkətini qeyri-dostluq əməli kimi qəbul edirik

Rusiya MN: Türkiyənin hərəkətini qeyri-dostluq əməli kimi qəbul edirik

Rusiya MN: Türkiyənin hərəkətini qeyri-dostluq əməli kimi qəbul edirik

RF Müdafiə nazirliyi məlumat yaydı.

Rusiya Müdafiə Nazirliyi Türkiyənin Suriyada Rusiya məxsus “Su -24” qırıcı təyyarəsini vurmasına qeyri-dostluq əməli  kimi baxır. 

ucarliyiq.biz-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
 
“Türkiyə Hərbi Hava Qüvvələrinin hərəkətinə qeyri-dostluq əməli kimi baxırıq”, deyə məlumatda qeyd olunub.
 
Rusiya Müdafiə Nazirliyi Suriyada “Su-24” qırıcı təyyarəsinin vurulması ilə bağlı insidentdən sonra Türkiyə tərəfi ilə təcili əlaqəyə çıxmağın mümkün olmadığını açıqlayıb: 
“Nazirliyinin mütəxəssisləri tərəfindən Türkiyə tərəfi ilə qarşılıqlı əlaqə yaratmaq üçün təcili əlaqəyə çıxmaq cəhdləri nəticə verməyib”.