» » Obama Rusiya bombardmançısının vurulmasından danışdı

Obama Rusiya bombardmançısının vurulmasından danışdı

Obama Rusiya bombardmançısının vurulmasından danışdı

“Türkiyə öz sərhədlərini qorumaq hüququna malikdir”.

ABŞ prezidenti Barak Obama Türkiyənin Suriya ilə sərhədində Rusiyanın Su-24 bombardmançısı vurulmasına münasibət bildirib.

ucarliyiq.biz-ın məlumatına görə, Obama yaxın vaxtda Türkiyə və Rusiya arasında dialoqun vacibliyini vurğulayıb.

“Biz hadisənin təfərrüatları ilə bağlı məlumatları almaqda davam edirik. Türkiyə, hər bir ölkə kimi,  öz sərhədlərini və hava məkanını qorumaq hüququna malikdir. Hesab edirəm ki, yaxın vaxtda Türkiyə və Rusiya arasında dialoq olmalıdır”, - ABŞ prezidenti bildirib.