» » Ata 10 yaşlı qızını işgəncəylə öldürdü!

Ata 10 yaşlı qızını işgəncəylə öldürdü!

Ata 10 yaşlı qızını işgəncəylə öldürdü!


Yəmənin Səna şəhərində gözü dönmüş manyak ata 10 yaşlı qızını bir neçə gün vəhşicəsinə işgəncə edib, uşağın bədəninə qızdırılmış bıçaq və qayçı basıb, dəhrə ilə belindəki dərisini kəsərək dəlik açıb, elektrik cərəyanı ilə zülüm verib, əl-ayağını kəsik-kəsik edib.
Bu gözü dönmüş manyak atanın məqsədi 10 yaşlı qızından "qonşu kişi ilə cinsi əlaqəyə girməsi" ilə bağlı etiraf etməsidir.

Ucarliyiq.biz Al Madenah News-a istinadən bildirir ki, 10 yaşlı qız məruz qaldığı işgəncələrdən ölüb. Qızın gözü dönmüş atası isə qızının ölümündən öncə uşağın 2 videosunu çəkib. Videolarda o, uşağı bədənindəki yaraları, işgəncə yerlərini göstərməyə vadar edir.
33 yaşlı Nuh Əli Saleh əl Yəməni həbs olunub. 6 il əvvəl ayrıldığı arvadından 3 qızı olan əl Yəməni məhkəmədə bildirib: "Boşadığım arvadımın pis yolda olduğunu, 10 yaşlı qızımı da buna vadar etdiyinə əminəm. Qızımada buna görə işgəncə etdimki, qonşudakı kişi ilə yatağa girdiyini boynuna alsın".

Məhkəmə-tibb ekspertizasının açıqlamasına görə, 10 yaşlı qız bakirə olub və təbii ki, hər hansı "qonşu kişi ilə" cinsi əlaqə iddiası yalandır.
Əl Yəməni məhkəmədə əməlini etiraf edib və deyib: "Bəli, qızımı mən öldürdüm. Namusumu qorudum. O qızın və anasının əxlaqsız olduqlarını bilirəm".

Məhkəmə davam edir.

Yəmənin mövcud qanunvericiliyinə görə, Nuh Əli Saleh Əl Yəməni 25 il müddətinədək azadlıqdan məhrum oluna bilər.