» » NATO Türkiyəni dəstəklədi

NATO Türkiyəni dəstəklədi

NATO Türkiyəni dəstəklədi

Təcili toplantı keçirilib.

NATO Türkiyə-Suriya sərhədində vurulan Rusiya təyyarəsinin Türkiyənin hava məkanını pozduğunu hesab edir. 

ucarliyiq.biz-ın APA-ya istinadən verdiyi xəbərə görə, NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki,  Rusiya təyyarəsinin vurulması ilə bağlı NATO-dakı digər müttəfiqlərin məlumatı Türkiyənin məlumatı ilə üst-üstə düşür.   
 
“Müttəfiqlərin təqdim etdiyi rəy Türkiyədən aldığımız məlumatla üst-üstə düşür”, deyə Yens Stoltenberq qeyd edib.
 
Qeyd edək ki, Türkiyənin xahişi ilə bu gün Brüsseldə NATO Şurasının səfirlər səviyyəsində təcili toplantısı keçirilib.