» » Türkiyə rus pilotuna belə xəbərdarlıq etdi – SƏS YAZISI

Türkiyə rus pilotuna belə xəbərdarlıq etdi – SƏS YAZISI

Türkiyə rus pilotuna belə xəbərdarlıq etdi – SƏS YAZISI

“Təcili olaraq istiqamətinizi dəyişin!

Türkiyə Rusiyaya məxsus “Su -24” tipli hərbi təyyarəyə vurulmadan öncə edilən xəbərdarlığın səs yazısını yayıb.

ucarliyiq.biz xəbər verir ki, rəsmi Ankara hadisədən sonra yaydığı bəyanatda Rusiya qırıcısına dəfələrlə xəbərdarlıq olunduğunu, buna baxmayaraq "SU-24" təyyarəsinin Türkiyə hava sərhəddini pozmağa cəhd etdiyini bildirib.

Yerli "FOX" telekanalının əsas xəbər buraxılışında türk pilotun rus həmkarına etdiyi xəbərdarlığın audioyazısı yayımlanıb. 

Səs yazısında türk pilotun 5 dəqiqə ərzində 10 dəfə rus pilotuna ingilis dilində, “Türk hava sərhədlərinə yaxınlaşırsınız. Təcili olaraq istiqamətinizi dəyişin!”-deyə xəbərdarlıq edilsə də rus təyyarəsi buna məhəl qoymayıb.” - deyərək xəbərdarlıq etdiyi eşidilir.

Xatırladaq ki, ötən gün Türkiyə hərbi aviasiyasına aid "F-16" qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiya hərbi aviasiyasına aid "SU-24" qırıcısını vurub.