» » Medvedev: Bu itkinin yerini doldurmaq çətin olacaq

Medvedev: Bu itkinin yerini doldurmaq çətin olacaq

Medvedev: Bu itkinin yerini doldurmaq çətin olacaq

“Mehriban qonşuluq münasibətləri pozulub”.

Türkiyə tərəfindən Rusiyanın Su-24 təyyarəsinin vurulması iki ölkə arasında uzun illərə əsaslanan mehriban qonşuluq münasibətlərini, o cümlədən iqtisadi və humanitar sferalarda əməkdaşlığı sarsıdıb. Bu itkinin yerini doldurmaq çətin olacaq, bunu Rusiya Federasiyasının baş naziri Dmitri Medvedev bəyan edib.

ucarliyiq.biz xəbər verir ki, Cənubi-Şərqi Asiya səfərindən sonra Yekaterinburqa gələn Rusiyanın baş naziri Rusiyanın Su-24 təyyarəsinin vurulmasını şərh edib.

“Rusiya təyyarəsini vuran türk hakimiyyətinin ağılsız və cinayətkar hərəkəti üç nəticəyə gətirib çıxardı. Birincisi, RF və NATO arasındakı münasibətlərin təhlükəli kəskinləşməsidir, bu kəskinləşməyə dövlət sərhədlərinin qorunması da daxil olmaqla heç bir maraqlarla bəraət qazandırmaq olmaz. İkincisi Türkiyə öz hərəkəti ilə “İslam Dövləti”nin yaraqlılarını müdafiə etdiyini nümayiş etdirdi”.

Bu isə Türkiyənin bəzi vəzifəli şəxslərinin İŞİD-ə məxsus müəssisələrdə istehsal edilən neft məhsullarının tədarükü ilə əlaqədar maliyyə maraqları barədə məlumatın olduğunu nəzərə alındığı halda təəccüblü deyil.

Üçüncüsü, Türkiyənin hərəkətləri Rusiya və Türkiyə arasındakı münasibətlərin, o cümlədən də iqtisadi və humanitar sahədə pozulmasına gətirib çıxardı.

Bu ziyanı ödəmək çətin olacaq, bunun birbaşa nəticəsi bir sıra mühüm müştərək layihələrdən imtina və Türkiyə şirkətlərinin Rusiya bazarında öz mövqelərini itirməsi ola bilər”, - Medvedev bəyan edib.