» » Rusiyanın Qazprom şirkəti Ukraynaya təbii qaz nəqlini dayandırıb

Rusiyanın Qazprom şirkəti Ukraynaya təbii qaz nəqlini dayandırıb

Rusiyanın Qazprom şirkəti Ukraynaya təbii qaz nəqlini dayandırıb

“Bu, qazın Avropaya tranziti üçün risk yaradır”.

Rusiyanın Qazprom şirkəti bu gün - noyabrın 25-də Ukraynaya təbii qaz nəqlini dayandırıb.

ucarliyiq.biz RBK-ya istinadən xəbər verir ki, bu barədə Qazprom-un rəhbəri Aleksey Miller bəyan edib.

“Bu gün səhər saat 10:00 radələrində “Naftoqaz Ukrayna” əvvəlcə etdiyi ödənişə uyğun olan həcmdə Rusiya qazını alıb. Yeni qabaqcadan müəyyən edilmiş ödəniş isə hələlik edilməyib. “Naftoqaz Ukrayna”dan qaz tədarükü ilə bağlı ərizə daxil olmayıb. Belə olan təqdirdə, tədarük Ukrayna şirkətinin yeni ödənişinə qədər məhdudlaşdırılacaq”, - Miller bəyan edib.

O, həmçinin əlavə edib ki, Ukraynanın Rusiya qazını almaqdan imtina etməsi ölkə ərazisindən keçərək qazın Avropaya tranziti üçün risk yaradır.

Xatırladaq ki, “Naftoqaz Ukrayna”ın rəhbəri Andrey Kobolov bəyan edib ki, Ukrayna Rusiyanın tədarükündən asılı olmayaraq özünü qaz ilə təmin edəcək.