» » Ərdoğan: Türkiyə sülh istəyir

Ərdoğan: Türkiyə sülh istəyir

Ərdoğan: Türkiyə sülh istəyir

Angela Merkel də yaranmış vəziyyəti şərh etdi.

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Su-24 ilə bağlı münaqişənin gərginləşdirilməsinə can atmır, ucarliyiq.biz Rusiya KİV-ə istinadən xəbər verir.

“Türkiyə həmişə sülh, dialoq, diplomatik nizamlanma naminə çıxış edib və bundan sonra da eyni hərəkətləri davam etdirəcəyik. Lakin qoy heç kim gözləməsin ki, biz, hava məkanımızın, hava sərhədlərimizin, suverenliyimizin pozulmasına qarşı kar və kor münasibət bəsləyəcəyik.

Bizim bu hadisəni şişirtmək (Su-24 təyyarəsinin vurulması) fikrimiz yoxdur, biz yalnız öz qardaşlarımızın (türkmənlərin) hüquq və təhlükəsizliyini qoruyuruq”, - deyə, o, bildirib.

O həmçinin bildirib ki, Ankara təyyarənin Türkiyənin hava məkanında vurulduğunu və Suriya ərazisində yerə düşdüyünü hesab edir.

Vurulmuş Rusiya təyyarəsi ilə bağlı Almaniyanın kansleri Angela Merkel də fikir bildirib. O, bəyan edib ki, Rusiya və Türkiyə arasında münaqişənin gərginləşməsinə yol verməmək üçün bütün zəruri tədbirlər görülməlidir.

Bununla yanaşı, o, Su-24 təyyarəsinin vurulmasının Suriya ətrafında vəziyyəti daha da gərginləşdirdiyini qeyd edib.