» » Rusiya Suriyada havadan S-400 sistemləri ilə qorunacaq

Rusiya Suriyada havadan S-400 sistemləri ilə qorunacaq

Rusiya Suriyada havadan S-400 sistemləri ilə qorunacaq

İclas iştirakçıları həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Rusiya Federasiyası Müdafiə Nazirliyi Suriyada həlak olan hərbçilərin ailələrinə bütün lazımi yardımı göstərəcək.

ucarliyiq.biz lifenews-a istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Sergey Şoyqu nazirliyin kollegiya iclasını açarkən bəyan edib.

İclas iştirakçıları həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Nazir həmçinin qeyd edib ki, Suriyada “Hmeyim” aviabazasına S-400 raket-zenit kompleksləri (Triumf) yerləşdiriləcək.

Xatırladaq ki, S-400 Triumf – böyük və orta məsafəli raket-zenit kompleksidir. Təyinatı bütün müasir və perspektivli hava-kosmik hücumlarının qarşısını almaqdır.  

Kompleks 400 km uzaqlıqdakı aerodinamik hədəfləri və 60 km məsafədə taktiki ballistik hədəfləri, 4,8 km/s sürətlə uçan hədəfləri - qanadlı raketləri, taktiki və strateji aviasiya təyyarələrini, ballistik raketlərin başlıqlarını məhv edə bilir. Radar 600 km məsafədə olan hədəfləri aşkar etmək imkanına malikdir.