» » “AvtoVAZ” Azərbaycan bazarına qayıtmaq istəyir

“AvtoVAZ” Azərbaycan bazarına qayıtmaq istəyir

“AvtoVAZ” Azərbaycan bazarına qayıtmaq istəyir

“Əgər sizin doğru tərəfdaşlarınız yoxdursa, sizə heç nə yardım edə bilməz”.

Rusiya istehsalı olan avtomobillər MDB ölkələrinin bazarlarına qayıda bilərlər. Belə ki, lider “AvtoVAZ” Azərbaycan, Qazaxıstan, Ukrayna və Belarusda satışlarını bərpa etmək niyyətindədir, TASS məlumat yayıb.

“Yaxın günlərdə müəssisə Azərbaycan, Qazaxıstan, Ukrayna və Belarus bazarlarına qayıtmaq niyyətindədir”, - “AvtoVAZ”ın rəhbəri Bu Andersson bəyan edib.

ucarliyiq.biz xəbər verir ki, avtokonsernin rəhbərinin sözlərinə görə, doğru olan ixracı düzgün şəkildə etməkdir.

“Keçmişdə bu, bizim nüfuzumuzu azaldırdı, çünki əgər doğru tərəfdaşlarınız yoxdursa, sizə heç nə yardım edə bilməz”, - Bu Andersson deyib.