» » Davudoğlu: Ankara Moskva ilə münasibətlərin pozulmasını istəmir

Davudoğlu: Ankara Moskva ilə münasibətlərin pozulmasını istəmir

Davudoğlu: Ankara Moskva ilə münasibətlərin pozulmasını istəmir

“İkitərəfli münasibətlər qurban verilə bilməz”.

Ankara Rusiyanı öz dostu hesab edir və Rusiyanın Su-24 təyyarəsinin vurulmasından sonra münasibətlərin pozulmasını istəmir.

ucarliyiq.biz xəbər verir ki, bu barədə çərşənbə günü Türkiyənin baş naziri Əhməd Davudoğlu rəhbərlik etdiyi Ədalət və İnkişaf partiyasının parlament fraksiyasının iclasında bildirib.

“Bizim Rusiya ilə bu hadisədən sonra gərgin olan münasibətləri pozmaq barədə niyyətimiz olmayıb və ola da bilməz. Rusiya bizim dostumuz, qonşumuz və çox mühüm tərəfdaşımızdır.

İkitərəfli münasibətlər qurban verilə bilməz. İndi əlaqə üçün bütün kanallarımız açıqdır, onlar bizim üçün qarşılıqlı olaraq çox böyük mahiyyət kəsb edirlər. Amma qeyd etmək istərdim ki, milli təhlükəsizliyin təmin edilməsi sahəsində istənilən dostluq münasibətləri hər bir ölkənin öz ərazisini qorumaq hüququna əsaslanmalıdır”, - Davudoğlu bildirib.