» » Rusiyada “erməni soyqırımının” inkarına görə həbs etməyi təklif edirlər

Rusiyada “erməni soyqırımının” inkarına görə həbs etməyi təklif edirlər

Rusiyada “erməni soyqırımının” inkarına görə həbs etməyi təklif edirlər

Deputatlar yeni qanun layihəsi hazırlayıblar.

Rusiyalı deputatlar “erməni soyqırımının” inkarına görə 500 min rubl məbləğində cərimə və 5 ilə qədər azadlıqdan məhrum etmə cəzasını tətbiq etməyi təklif edirlər.

ucarliyiq.biz-ın məlumatına görə, bu barədə İnterfax-a “Ədalətli Rusiya” partiyasından məlumat verilib.

Məlumata görə, yeni qanun layihəsi Rusiya Dumasına müzakirəyə çıxarılması üçün təqdim edilib.

Qanun layihəsinə əsasən, 1915-1922 ci illər ərzində Osmanlı Türkiyəsində baş verən “erməni soyqırımının” inkar edilməsi, həmçinin bu cinayətlərə dəstək verilməsi 300 min rubl və ya iki illik əmək haqqı məbləğində cərimə, yaxud 3 ilə qədər azadlıqdan məhrum etmə cəzasını tətbiq etmək təklifi edilir.

Əgər “soyqırım” KİV-in istifadəsi ilə inkar edilirsə, tətbiq olunan cərimə məbləğinin yuxarı həddini 500 min rubla qədər, azadlıqdan məhrum etmə cəzasını isə 5 il müddətinə qədər qaldırmaq təklif olunur.