» » Finlandiyada qacetli adamlar haqqında yol nişanı yaradılıb

Finlandiyada qacetli adamlar haqqında yol nişanı yaradılıb

Finlandiyada qacetli adamlar haqqında yol nişanı yaradılıb

Şəhər hakimiyyəti onu götürə bilmir.

Helsinkidə yeni yol nişanı meydana gəlib, nişan yeriyən zaman mobil qurğulardan istifadə edən insanlar haqqında xəbərdarlıq edir. Qırmızı-sarı üçbucaqda əllərində telefon olan və addımlayan insanlar təsvir edilib, “Fontanka.fi” məlumat yayıb.  

ucarliyiq.biz Lenta-ya istinadən xəbər verir ki, yol nişanı şəhərin mərkəzi rayonlarından olan Münkkiniyemidə meydana çıxıb. Nişanda Mobile people (mobil telefonlu adamlar) yazılıb.

Onu Yakob Semper və Emiliya Tiismannanın kreativ komandası hazırlayıb. Semper avtomobil qəzasına düşüb, səbəb isə onun bütün diqqətinin smartfonda olması olub.

Onun sözlərinə görə, sahibkarlardan biri piyadaları yeriyərkən bütün diqqətlərini telefona yönəltməklə özlərini məruz qoyduqları təhlükə barədə xəbərdarlıq etmək istəyib.

Yol nişanını kimin yerləşdirdiyi məlum deyil. O, şəxsi ərazidə yerləşir, ona görə də şəhər hakimiyyəti onu götürə bilmir.