» » İŞİD Ukraynanı düşmən ölkə elan edib

İŞİD Ukraynanı düşmən ölkə elan edib

İŞİD Ukraynanı düşmən ölkə elan edib

Terrorçular video yayıblar.

“İraq-Şam İslam Dövləti” terror qruplaşması (İŞİD) 60 düşmən ölkə arasında Ukraynanın da adının qeyd olunduğu video yayımlayıb.

ucarliyiq.biz Report-a istinadən xəbər verir ki, bu barədə “Gazeta Wyborcza”" nəşri yazıb.

Terrorçular Suriyadakı münaqişəyə adiyyəti olmayan Ukrayna, Polşa, Litva, Moldova və digər dövlətləri beynəlxalq anti-terror koalisiyası ölkələri tərkibinə daxil edib.

Nəşr qeyd edir ki, “YouTube” və “Vimeo”ya yerləşdirilən videolar artıq silinib. Videoda guya Suriyada İŞİD-ə qarşı döyüşən 60 ölkənin siyahısı təqdim olunub. 

Onların arasında Ukrayna bayrağı da olub.