» » Çavuşoğlu Bakıya gəlir

Çavuşoğlu Bakıya gəlir

Çavuşoğlu Bakıya gəlir

Dünya və regional məsələlər müzakirə olunacaq.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Azərbaycana səfərə gələcək.

ucarliyiq.biz-ın verdiyi xəbərə görə, bu barədə "Report"a Türkiyənin Azərbaycandakı səfiri İsmayil Alper Coşqun məlumat verib.

Onun sözlərinə görə, cümə günü türkiyəli nazir Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşəcək.

Görüşlərdə dünya və regional məsələlər müzakirə olunacaq.