» » Rusiyanın Mi-8 helikopteri sərt eniş etdi: Ölənlər var

Rusiyanın Mi-8 helikopteri sərt eniş etdi: Ölənlər var

Rusiyanın Mi-8 helikopteri sərt eniş etdi: Ölənlər var

Helikopter neftçiləri daşıyırdı.

Rusiyanın Mi-8 helikopteri Krasnoyarsk vilayətinin Turuxansk rayonunda sərt eniş edib, ilkin məlumata görə, helikopterin göyərtəsində 25 nəfər olub.

ucarliyiq.biz xəbər verir ki, bu barədə RİA Novsoti-yə regionun xüsusi xidmətlərindən olan mənbə bildirib.

“İlkin məlumata əsasən, helikopter “Turuxanavia” şirkətinə məxsusdur, göyərtədə 22 sərnişin və 3 heyət üzvü olub”, - agentliyin həmsöhbəti deyib.

“İnterfaks” mənbəyə istinadən məlumat yayıb ki, ilkin olaraq qəzada 8 nəfər, o cümlədən də 4 nəfər heyət üzvü həlak olub.

“Qəza nəticəsində səkkiz adam həlak olub, onlardan dördü ekipaj üzvü, dördü isə sərnişindir”, - mənbə bildirib.

O əlavə edib ki, helikopter İqarkadan neft hasil edilən “Krasmıy selkop” stansiyasına neftçiləri daşıyırdı.