» » İraqda terror: 12 nəfər öldü, 40-dan çox yaralı var

İraqda terror: 12 nəfər öldü, 40-dan çox yaralı var

İraqda terror: 12 nəfər öldü, 40-dan çox yaralı var

Aviazərbələr nəticəsində məscidə zərər dəyib.

İraqın paytaxtı Bağdadda, həmçinin Diyalə və Ənbər şəhərlərində bomba partlaması və silahlı hücumlar nəticəsində 12 nəfər həlak olub, 42 nəfər yaralanıb.

ucarliyiq.biz xəbər verir ki, Bağdadın əl-Yusifiyyə bölgəsində polis avtomobilinin keçdiyi zaman partlayan bomba 2 nəfərin həyatına son qoyub, daha 3 nəfəri yaralanıb.  

Bağdadın Besmaye, Rəşidiyyə, Əs-Salih, əl-Vərdiyyə və Diyalə körpüsü adlı yerlərində bomba hücumları nəticəsində daha 7 nəfər həlak olub, 22 nəfər yaralanıb.

Bağdadın cənubunda əl-Mədain bölgəsində bomba yüklənmiş avtomobil partlaması 5 nəfərin həyatına son qoyub, Cəmilə bölgəsində silahlı hücum nəticəsində 2 nəfər öldürülüb.

İraqın qərbində yelrəşən Ənbər şəhərində koalisiya  qüvvələrinin hava hücumu nəticəsində Zübeyr məscidi və ətrafdakı evlər zərər çəkib, hadisə nəticəsində 11 nəfər yaralanıb.

Ölkənin şərqindəki Diyalə şəhərində bombalı hücum nəticəsində 1 hüquq-mühafizə orqanı əməkdaşı həlak olub, daha bir nəfər yaralanıb.