» » Türkiyə TIR-ları Gürcüstan-Rusiya sərhəddindən keçə bilmir

Türkiyə TIR-ları Gürcüstan-Rusiya sərhəddindən keçə bilmir

Türkiyə TIR-ları Gürcüstan-Rusiya sərhəddindən keçə bilmir

Yük maşınları Azərbaycan istiqamətində yönləndirilib.

Türkiyənin Gürcüstandan keçərək Rusiya istiqamətində hərəkət edən yük avtomobilləri Rusiya tərəfindən “Lars” gömrük məntəqəsindən keçmək üçün icazə gözləyirlər.

ucarliyiq.biz “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Məlumat verildiyi kimi, hal-hazırda Rusiya tərəfindən “Lars” gömrük keçid məntəqəsində Rusiya ərazisinə Türkiyədən gətirilən yük ilə treylerlərin buraxılmasında problem yaranıb.

“Bu yüklərin bir hissəsi sürücülərin xahişi ilə Azərbaycan və ya Türkiyə istiqamətində geri qaytarılıb. Qalan maşınlar isə neytral ərazidə Rusiya Federasiyasına giriş üçün icazə gözləyirlər”, - məlumatda deyilir.

Bununla yanaşı, Gürcüstan tərəfinin “Kazbegi” gömrük keçid məntəqəsində yuxarıda göstərilən səbəbə görə saxlanılan bir maşın da yoxdur. Gömrük məntəqəsi öz işini adi qaydada davam etdirir.