» » İran Rusiyanı dəstəklədi

İran Rusiyanı dəstəklədi

İran Rusiyanı dəstəklədi

“Türkiyə səhv edib”.

İran parlamentinin spikeri Əli Laricani bəyan edib ki, Türkiyə hakimiyyəti Rusiyanın hərbi təyyarəsini vurmaqla səhvə yol verib. Amma ABŞ Türkiyə hakimiyyətinin mövqeyini dəstəkləməklə daha böyük bir səhvə yol verib, ucarliyiq.biz xəbər verir.

“Bu, (Türkiyənin hərəkəti – red.) böyük səhv idi, ABŞ prezidenti Barak Obamanın bunu dəstəkləməsi isə bundan da böyük bir səhvdir, bu dəstəkləmə regionda münaqişəni kəskinləşdirir”, - Oress TV Laricaninin sözlərindən sitat gətirir.

Press TV qeyd edir ki, Rusiyaya məxsus Su-24 təyyarəsinin vurulmasından sonra ABŞ prezidenti Türkiyəyə dəstək göstərərək bəyan edib ki, Rusiya təyyarəsi Türkiyə hava məkanını pozub və Türkiyənin istənilən digər ölkə kimi öz ərazisini və hava məkanını qorumaq haqqı var.