» » Rusiya XİN: Türkiyənin addımları cavabsız qalmayacaq

Rusiya XİN: Türkiyənin addımları cavabsız qalmayacaq

Rusiya XİN: Türkiyənin addımları cavabsız qalmayacaq

“Türkiyənin addımlarının düşünülmüş xarakteri vurğulanıb”.

Moskva bir daha təsdiq edir ki, Suriya üzərində Rusiya təyyarəsini vuran Türkiyə tərəfinin addımları ikitərəfli əlaqələr üçün ciddi nəticələr verəcək və reaksiyasız qalmayacaq.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Rusiya Federasiyası XİN-in məlumatında bildirilib. 

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, noyabrın 25-də Kopenhagendə Rusiya xarici işlər nazirinin I müavini Vladimir Titovun Danimarka xarici işlər naziri Kristian Yensenlə görüşü olub, habelə Danimarka XİN-in stats-katibi ilə məsləhətləşmələr aparılıb.

“Müzakirələr çərçivəsində Rusiya tərəfi Türkiyə Hərbi-Hava Qüvvələrinin Suriyada Rusiyanın Su-24 təyyarəsini vurmasına qiymət verib.

Türkiyə tərəfinin addımının düşünülmüş və təxribat xarakterli olduğu, Türkiyə tərəfinin addımlarının ikitərəfli əlaqələr üçün ciddi nəticələr verəcəyi və reaksiyasız qalmayacağı vurğulanıb” - Rusiya XİN-in məlumatında deyilir.