» » Rusiya Ərdoğanın üzr istəməsini gözləyir

Rusiya Ərdoğanın üzr istəməsini gözləyir

Rusiya Ərdoğanın üzr istəməsini gözləyir

“Türkiyə günahkarları cəzalandırmağı vəd etməyib”.

Rusiya terrorizm ilə mübarizədə özünün tərəfdaşı hesab etdiyinin arxadan vurduğu zərbəni qətiyyən izah edilməyən hesab edir.  

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin xarici dövlətlərin yeni səfirlərinə etimadnamələrin təqdim edilməsi mərasimində çıxış edərkən bəyan edib.

“Biz terror əleyhinə mübarizədə özümüz üçün tərəfdaş və müttəfiq bildiklərimizin xaincəsinə arxadan vurduqları zərbəni qətiyyən izah edilməyən hesab edirik”, - deyən prezident söhbətin Rusiyanın Su-24 bombardmançısının Türkiyə hərbi hava qüvvələri tərəfindən vurulmasından getdiyini dəqiqləşdirib. 

Biz indiyə qədər Türkiyənin yüksək siyasi səviyyəsindən üzr, zərərin ödənməsinə dair təklif və törədilən cinayət üçün cinayətkarların cəzalanacağına dair vəd eşitmədik”, - Putin vurğulayıb.

“Elə təəssürat yaranır ki, Türkiyə rəhbərliyi bilərəkdən Rusiya-Türkiyə münasibətlərini çıxılmaz vəziyyətə salır, biz buna təəssüf edirik”, - o, əlavə edib.