» » Koçaryan Məmmədyarov-Nalbandyan görüşünün anonsunu verdi

Koçaryan Məmmədyarov-Nalbandyan görüşünün anonsunu verdi

Koçaryan Məmmədyarov-Nalbandyan görüşünün anonsunu verdi

“Onlar çoxtərəfli formatda görüşəcəklər”.

Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin Tbilisidə görüşü istisna deyil.

Oxu.Az “Novosti Armenii”ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Koçaryan bildirib.

“İstisna deyil, belə ki, onlar çoxtərəfli formatda görüşəcəklər”, - Koçaryan əlavə edib.

Xatırladaq ki, iki ölkənin XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyan “Şərq tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak etmək üçün Tbilisidədirlər.