» » Ərdoğan Putinə görüşməyi təklif etdi

Ərdoğan Putinə görüşməyi təklif etdi

Ərdoğan Putinə görüşməyi təklif etdi

Noyabrın 30-da.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinə noyabrın 30-da Parisdə görüşməyi təklif edib, lakin Rusiya tərəfindən hələ cavab almayıb.

ucarliyiq.biz-ın məlumatına görə, bu sözləri Türkiyə prezidenti “France24” telekanalına müsahibəsində deyib. 

“Mən Rusiya prezidenti Vladimir Putinə noyabrın 30-u Parisdə görüşməyi təklif etdim. Lakin qarşı tərəf hələ cavab verməyib”, - Ərdoğan deyib.

Qeyd edək ki, noyabrın 30-da Parisdə iqlim problemləri ilə bağlı beynəlxalq konferensiya başlayacaq.

Fransa prezidentinin mətbuat xidmətinin məlumatına əsasən, artıq 138 dövlət və hökümət başçıası konfransda iştirakını təsdiqləyib.