» » Boliviyada körpəni Facebook vasitəsilə 250 dollara satdılar

Boliviyada körpəni Facebook vasitəsilə 250 dollara satdılar

Boliviyada körpəni Facebook vasitəsilə 250 dollara satdılar

Alıcı bu yolla keçmiş sevgilisini geri qaytarmaq istəyib.

Boliviyada iki qadın insan alveri ittihamı ilə həbs edilib. Onları ay yarımlıq körpə qızı 250 dollara satmaqda ittiham edirlər, Associated Press məlumat yayıb.

ucarliyiq.biz Lenta-ya istinadən xəbər verir ki, cinayəti törətmək üçün onlar sosial şəbəkədən istifadə ediblər. Onlar Facebook-da körpənin satılması haqqında elan yerləşdiriblər.

Qeyd edilib ki, satıcı - körpənin anası fahişəliklə məşğul olan 32 yaşlı qadındır, o uşağın atasının kim olduğunu bilmir və sadəcə pul qazanmaq istəyib.

Alıcı isə 18 yaşlı qız olub. O, köhnə sevgilisini geri qaytarmaq üçün uşağı almaq istəyib.

Belə ki, o, öz sevgilisinə uşağın onların olduğunu deyib. Kişi baş verənləri polisə danışıb.