» » "Hər gün 6 min uşaq ölür"

"Hər gün 6 min uşaq ölür"

"Hər gün 6 min uşaq ölür"


Dünyada getdikcə artan susuzluq üçün açıqlanan rəqəmlər narahatlıq verici ölçüyə çatdı. Hal-hazırda su problemi səbəbiylə hər gün 6 min uşaq həyatını itirir.

Prof. Dr. Yusuf Demir, jurnalistlərə etdiyi şərhdə, dünyanın sürətli bir şəkildə susuzluq və quraqlıq təhlükəsi ilə qarşı-qarşıya qaldığını söylədi.

"Bu gün yaşadığımız dünyada bu an hələ də 2 milyardın üzərində insan su problemi ilə qarşı-qarşıya" deyən Demir, belə davam etdiyi təqdirdə önümüzdəki 30 il içərisində dünyanın yüzdə 40-ı, təxminən 54 ölkənin su çətinliyi və problemiylə qarşı-qarşıya qalacağını və bunun da çox ciddi bir problem olduğunu ifadə etdi.

Türkiyə baxımından da bənzər cədvəlin söz mövzusu olduğunu vurğulayan Demir, bunları dilə gətirdi:

"Türkiyədə səhv bir qavrayış var. Ölkəmiz su zəngini bir ölkə olaraq bilinir. Amma təəssüf ki, Türkiyə su kasıblığına doğru gedən bir ölkə. Çünki Türkiyədə adam başına düşən su miqdarı min 300 kubmetrə düşür. Halbuki bir ölkənin su zəngini ola bilməsi üçün adam başına 8-10 min kubmetr su düşməsi lazımdır. Biz belə davam etsək önümüzdəki 20 il içərisində su problemləri ilə qarşı-qarşıya qalacağıq. "