» » Rusiyalı deputat keçmiş SSRİ dövlətlərinin işğalına çağırdı – VİDEO

Rusiyalı deputat keçmiş SSRİ dövlətlərinin işğalına çağırdı – VİDEO

Rusiyalı deputat keçmiş SSRİ dövlətlərinin işğalına çağırdı – VİDEO

“Bu ərazi bizim vətənimizin, bizim millətimizin ərazisidir”.

Rusiya Dövlət Dumasının iqtidar “Vahid Rusiya” partiyasının deputatı Yevgeni Fedorov bəyan edib ki, onun ölkəsinin planlarına 1945-ci ildə olan sərhədlərin bərpa edilməsi daxildir.  

Parlamentari ehtimal edir ki, SSRİ-nin, onun fikrincə isə “Rusiyanın” süqutuna dair 1991-ci ildə qəbul edilmiş bütün qərarlar qanunsuzdur.

Fedorov bəyan edib ki, Ukraynaya qarşı Donetsk və Luqansk vilayətlərində təcavüz bu məsələnin həlli texnologiyasıdır. O, həmçinin qeyd edib ki, bu fikri bir çox digər Rusiya siyasətçiləri dəstəkləyir.

Deputat həmçinin bildirib ki, Rusiyanı Suriyadakı hərbi əməliyyatlara hazırlamaqdansa, sabiq SSRİ xalqlarına qarşı müharibəyə hazırlamaq daha asan olacaq.  

“Sovet İttifaqının bütün ərazisi isə beynəlxalq hüquqa görə, bizim vətənimizin, millətimizin ərazisidir. Və bu sərhədləri geri qaytarmalıyıq. Və biz bunu etməli olacağıq”, - o deyib.

Bununla yanaşı deputat ehtimal edir ki, bunu NATO ilə (Baltikyanı dövlətlər Şimali atlantika alyansına daxildirlər – red.) qarşıdurmadan qaçınaraq etmək olar.

Bundan başqa, rusiyalı siyasətçi əmindir ki, Qərb ilə münasibətlərin getdikcə pisləşməsinə və sanksiyalara baxmadan əvvəlki sərhədləri qaytarmaq vacibdir.

“Bizim dözməyə səbəbimiz olmalıdır. Həm şəxsi, həm də bəşəri – görürsünüz, bir təyyarəçi ölüb - həm sosial, həm də ümumiyyətlə, bütün hallarda. Bax budur birləşdirici amil. Hansı amil? Rus dövlətinin tarixi sərhədlərinin bərpa edilməsi.

Budur bizim məqsədimiz, bizi hər zaman bütün 1,5 milyon il, dövlətimizin bütün əhalisini və millətimizi birləşdirən. Hamımızı. Bu, bizə birləşməyə imkan verən yeganə məqsəddir. Həm sürücülərə, həm təqaüdçülərə, getdikcə vəziyyəti pisləşən, aşağı məvacibi olan insanlara birləşməyə imkan verən”, siyasətçi deyib.

Bununla yanaşı Fedorov bəyan edib ki, digər dövlətlərə hücum – bu, təcavüz deyil, “bərpaedici-müdafiə” prosesidir.

“Budur bizim bərpa və müdafiə - 1945-1991-ci il sərhədləri”, - rusiyalı siyasətçi sözünü yekunlaşdırıb.