» » İngiltərənin Tehran səfirliyi açıldı

İngiltərənin Tehran səfirliyi açıldı

İngiltərənin Tehran səfirliyi açıldı


İngiltərə bayrağının, mərasimdə, səfirlik divarları xaricindən görünən bayraq dirəyi yerinə bağça içində olan və çöldən görünməyən başqa bir dirəyə çəkildiyi bildirilir.
 
Səfirliyin açılışına qatılan İngiltərə xarici işlər naziri Philip Hammond, 12 il aradan sonra ilk dəfə rəsmi təmaslarda olmaq üzrə İrana gələn İngilis xarici işlər naziri oldu.

Hammond, Tehranda İran prezidenti Həsən Ruhani, həmkarı Məhəmməd Cavad Zərif, İran Məclis Başçısı Əli Laricani və Milli Təhlükəsizlik Yüksək Şurası Ümumi katibi Əli Şemhanı ilə görüşəcək.

Mahmud Əhmədinejadın prezidentlik vəzifəsini icra etdiyi Noyabr 2011-ci ildə İngiltərənin İrana istiqamətli yeni sanksiya qərarları almasının ardından mühafizəkar bir qrup səfirlik binasına hücum etmiş, elçilik binasına girən şəxslər maddi zərərə yol açmış və İngilis bayrağını yandırmışdılar. Çıxan hadisələrdən sonra İngiltərə Tehrandakı səfirliyini bağlamışdı.