» » Moskvada Türkiyə pomidorlarını Azərbaycan pomidorları əvəz edir

Moskvada Türkiyə pomidorlarını Azərbaycan pomidorları əvəz edir

Moskvada Türkiyə pomidorlarını Azərbaycan pomidorları əvəz edir

“Piştaxtalarımız doludur”.

Moskva hipermarketlərində türk pomidorları Mərakeş pomidorları ilə əvəz edilə bilər, lakin qiymətlərin kəskin artması gözlənilmir.

ucarliyiq.biz xəbər verir ki, bu barədə “İnterfaks”ın müxbirinə iri supermarketlərin əməkdaşları bildirib.

“Heç bir problem olmayacaq. Başqa mənbələrdən ticarət üçün göstəriş verilməyib. Görürsünüz ki, piştaxtalarımız doludur!”, - “Aşan” hipermarket şəbəkəsinin satıcısı deyib və növlərə görə ayrılmış 25 qutu pomidoru göstərib. Onlardan iki növü Türkiyədən gətirilib. Qalan iki növ Rusiyadan, biri isə Azərbaycandan gətirilib. Qalan 20 növ pomidorun isə Mərakeşdən gətirildiyi qeyd edilib.  

“Bizdə bir ay yarım bundan öncə ərzaqların qiymətində artım olmuşdu, amma indi onların qiymətləri çox aşağı düşüb. Qiymətlərin qaldırılmasına dair göstəriş eşitməmişik”, - mağazanın əməkdaşı bildirib.

“Perekrestok” ticarət şəbəkəsinin Azərbaycan və Rusiya pomidorları ilə doldurulmuş piştaxtasının önündə duran əməkdaşı isə öz növbəsində bəyan edib:

“Türk pomidorları olacaq. Bu gün də gətirəcəklər və gətirməyə davam edəcəklər”.

“Lenta” hipermarketinin piştaxtaları Türkiyədən başqa dünyanın istənilən yerindən meyvə və tərəvəzlər ilə doludur. Ənənəvi olaraq oradan gətirilən limon və narıngilərin üzərində istehsalçı ölkəsi yazılmayıb.    

Onların haradan gətirilməsi barədə suala mağazanın əməkdaşı belə cavab verib:

“Əlbəttə ki, Türkiyədən. Gətirilənlər satılacaq, gələcəkdə isə başqa ölkələrdən alacağıq. Pomidorlar Mərakeş və İrandandır, indi bizim stavropollu fermerlərimiz də istehsalatı artırmağa başlayıblar”, - o deyib.

O, həmçinin qiymətlərin artacağını da qeyd edib:

“Qiymətlərin artması təbii ki, olacaq, bundan qaça bilməyəcəyik. Amma düşünmürəm ki, güclü artım olsun, bu, müştəriləri itirmək deməkdir və sadəcə əlverişli deyil. Burada qiymətləri digər şəbəkələr ilə eyni səviyyədə saxlamağa çalışırlar. Qiymətlərin nə dərəcədə artacağına marketlərin sahibləri qərar verir”.