» » Səudiyyə Ərəbistanı terrorizmdə şübhəli bilinən 50 adamı edam edəcək

Səudiyyə Ərəbistanı terrorizmdə şübhəli bilinən 50 adamı edam edəcək

Səudiyyə Ərəbistanı terrorizmdə şübhəli bilinən 50 adamı edam edəcək

Onlardan üç nəfəri yetkinlik yaşına çatmayıb.

Səudiyyə Ərəbistanının hakimiyyəti terrorizmdə şübhəli bilinən 50 nəfərin boynunu vurduracaq, onlardan üçü yetkinlik yaşına çatmayan şəxslərdir, The Independent qəzeti məlumat yayıb.

ucarliyiq.biz “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu il 150-yə yaxın edam həyata keçirilib, amma ilk dəfədir ki, vətəndaşlar terrorizm ilə əlaqəyə görə edam edilirlər.

Bununla yanaşı, nəşrdə yeddi müttəhimin şiə olduğu vurğulanır.

Qeyd edilir ki, Səudiyyə şiələri çoxdandır ki, diskriminasiyaya və sünni hakimiyyətinin qəddar davranışına qarşı çıxırlar.

Həbs edilmiş beş şiənin anaları övladlarının həbsdə olduqları zaman işgəncəyə məruz qaldıqlarını iddia edirlər.

Bununla yanaşı, Səudiyyə Ərəbistanı hakimiyyəti bu iradları təkzib edir, məqalənin müəllifi bildirib.

Amnesty International hüquq müdafiəsi təşkilatının nümayəndəsi Sevak Keçiçyan bəyan edib ki, polislərin vətəndaşlara işgəncə vermələrinin real dəlilləri mövcuddur. O, işgəncələr haqqında dəqiq və qərəzsiz araşdırma aparmağa çağırıb.

O həmçinin əlavə edib ki, təşkilat istənilən halda ölüm hökmlərini pisləyir.