» » ABŞ-da meşə yanğınını durdura bilmirlər

ABŞ-da meşə yanğınını durdura bilmirlər

ABŞ-da meşə yanğınını durdura bilmirlər


Amerika Birləşmiş Ştatlarının qərb əyalətlərində ötən həftədən bəri görülən meşə yanğınları bəzi bölgələrdə təsirini artıraraq davam edir.

Yerli mətbuat orqanlarında çıxan xəbərlərə görə, Washington, Oregon, Kaliforniya, Idaho və Montana əyalətlərində yaşanan meşə yanğınları səbəbiylə minlərlə adam evlərindən evakuasiya edildi.

Xilasetmə səlahiyyətliləri, yanğınların ən şiddətli şəkildə görüldüyü Washington əyalətində hələ nəzarət altına alınmamış 16 yanğının davam etdiyini və bu yanğınların ümumi 2 min 383 kvadrat kilometrlik bir sahəni bürüdüyünü açıqladı.

Çərşənbə günü 3 xilasedicinin yanğını nəzarət altına alma işləri əsnasında həyatını itirdiyi əyalətdə, vətəndaşlardan yanğın təhlükəsizlik zolaqları yaradılması mövzusunda xilasetmə qruplarına kömək etmələri istəndi.