» » Türkiyə vətəndaşlarına Rusiyaya getməməyi tövsiyə edir

Türkiyə vətəndaşlarına Rusiyaya getməməyi tövsiyə edir

Türkiyə vətəndaşlarına Rusiyaya getməməyi tövsiyə edir

Türkiyə XİN məlumat yaydı.

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarına Rusiyaya səfərləri təxirə salmağı tövsiyə edib. 

ucarliyiq.biz-ın xəbərinə görə, bu barədə qurumun rəsmi saytında məlumat verilir.

Məlumatda bildirilir ki, iki ölkə arasında münasibətlərin gərginləşməsindən sonra Rusiyaya gedən Türkiyə vətəndaşlarına çətinlik yaradılır: 

“Vətəndaşlarımıza vəziyyət düzələnədək Rusiyaya vacib və təcili olmayan səfərləri təxirə salmağı tövsiyə edirik”.