» » ABŞ-ın ailə planlaması mərkəzində naməlum şəxs atəş açdı

ABŞ-ın ailə planlaması mərkəzində naməlum şəxs atəş açdı

ABŞ-ın ailə planlaması mərkəzində naməlum şəxs atəş açdı

3 nəfər həlak olub, 9 nəfər yaralanıb.

ABŞ-ın Kolorado-Sprinqs şəhərində naməlum şəxs ailə planlaması mərkəzində atəş açıb, ucarliyiq.biz xəbər verir.

Xəbər verildiyi kimi atışmanın qurbanı üç nəfər olub, onlardan iki nəfəri mülki şəxslər olub.

Kişi dörd saat ərzində polislə atışma aparıb, daha sonra təslim olub. Son məlumatlara əsasən, hadisə nəticəsində 9 nəfər xəsarət alıb. Onlardan beşi polis, dördü isə mülki şəxs olub. Onların vəziyyəti qənaətbəxş hesab edilir.

Atəş açan kişi mərkəzə bəzi əşyalar da gətirib, polis bu əşyaları nəzərdən keçirməlidir.

Mərkəz Planned Parenthood qeyri-kommersiya təşkilatına məxsusdur.

Hücum edən şəxsin hadisəni nə üçün törətdiyi aydın deyil.

Daha öncə də mərkəz ailə planlamasından başqa abort üzrə əməliyyatları həyata keçirib və bu səbəbdən abortlara qarşı olan təşkilatların fəalları tərəfindən hücumlara məruz qalıb.